- Baxış sayı: 40
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

18 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası beynəlxalq inkişaf turnirində bu gün ilk oyuna çıxıb.
Allsport.az xəbər verir ki, “B” qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.
U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.