- Baxış sayı: 43
- 19 İyun 2026 00:58
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kuboku keçiriləcək. Allsport.az xəbər verir ki, yarış 24–25 yanvarda Şahdağ turizm mərkəzində təşkil olunacaq.
Turnirdə qadınlar arasında 5 komanda — “Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2”, “Qaraqaya”, kişilər arasında isə 4 komanda — “Gənclər”, “Qaraqaya”, “Baku Fires”, “Azərreyl” iştirak edəcək.
Oyunlar dairəvi sistem üzrə keçiriləcək. Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.
Qar voleybolu üzrə ölkə çempionatı Azərbaycanda ilk dəfə ötən ilin yanvar ayında keçirilib.