“Betis”ə icarə Roke üçün yaxşı seçimdir”

“Barselona” idman direktoru Deku braziliyalı hücumçu Vitor Rokenin “Betis”ə icarəyə verilməsindən danışıb.

Allsport.az xəbər verir ki, klub rəsmisi Rokenin “Betis”ə icarəsinin yaxşı seçim olduğunu düşünür:

“Düşünürəm ki, “Betis”ə icarə Roke üçün yaxşı seçimdir. “Barselona” karyerasının başlanğıcı onun üçün asan olmamışdır. Yeni komandasında o, lazımi oyun praktikasını qazanacaq”.

Həmin kateqoriyadan