- Baxış sayı: 2
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in keçmiş futbolçusu Qaret Beyl açıqlama verib.
Allsport.az xəbər verir ki, uelsli hücumçu müflis olmaqdan qorxduğunu, buna görə də dəbdəbəli həyat tərzi sürməməyə çalışdığını bildirib:
“Məni həmişə qorxudan bir şey var idi. İnsanların peşəkar idmandan uzaqlaşanda necə müflis olması ilə bağlı məqalələr oxuyurdum. Onlar pullarını necə idarə edəcəklərini, həyatlarını necə yaşayacaqlarını bilmirlər. Bir çox idmançı təmtəraqlı həyat tərzi keçirir. Mən bunu etməməyə çalışıram. Futboldan sonra həyatımın necə olacağını düşünürdüm. Təqaüdə çıxanda maaş almayacaqdım. Ona görə də əvvəldən gəlirimi şaxələndirməyə çalışdım. Həmişə fikrim var idi ki, pulumu müxtəlif şeylərə yatıracağam”.