- Baxış sayı: 89
- 23 Sentyabr 2024 10:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
2021-ci ildə beynəlxalq etnoidman forumu Bakıda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı qurumun prezidenti Bilal Ərdoğan tərəfindən Antalyada 3-cü toplantı çərçivəsində qərar verilib. Etno idmanının inkişafına dair birgə sənədin imzalanmasını çox önəmli addım adlandıran gənclər və idman naziri Azad Rəhimov, bundan sonra milli idman növlərinin daha da inkişafına, digər dövlətlərin bu idman növlərinin tanıdılıb, geniş yayılmasına cəlb olunması və ümumilikdə, birgə əməkdaşlığın əhəmiyyətinə yeni imkanlar açacağını deyib.
Cövkanın 2013-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınmasını Azərbaycanın böyük uğuru adlandırıb. Forumda “milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, “dövlət qurumlarının bu sahələrə diqqətinin yönəldilməsi yolları”, “milli idman və oyunlar vasitəsi ilə gənc nəsli gücləndirilməsini təmin etmək və gənclərin vaxtlarının səmərəli keçirməsinə şərait yaratmaq”, “nəsillər və mədəniyyətlər arasında əlaqələrin qurulmasında etnoidmanın rolu”, “milli idman növləri ilə bağlı məlumatların və sənədlərin toplanmasında universitetlərin, federasiyaların və klubların əməkdaşlıqlarının vacibliyi” və sair mövzular müzakirə mərkəzindədir.