- Baxış sayı: 58
- 20 Yanvar 2026 16:48
- Baxış sayı: 432
- Yanvar 21, 2026
- 0

Məlum olduğu kimi, bu ilin 24-28 may tarixlərində Bakı dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “Sport Akkord” konvensiyasına ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, hazırda bunun üçün erkən qeydiyyat mərhələsi davam edir və 31 yanvar tarixinədək iştirakçılara ən əlverişli və xüsusi şərtlərlə qeydiyyat imkanı təqdim olunur.
Sportakkord beynəlxalq idman federasiyalarını – həm olimpiya, həm də qeyri-olimpiya qurumlarını – birləşdirən yeganə qlobal çətir təşkilatdır. Hər il keçirilən konvensiya qlobal idman elitasını — beynəlxalq federasiyaların rəhbərlərini, Beynəlxalq olimpiya komitəsinin üzvlərini, aparıcı yayımçıları və texnologiya şirkətlərini — bir araya gətirən əsas beynəlxalq platformadır.
Bakıda keçiriləcək konvensiya Bakı konqres mərkəzi və Heydər əliyev mərkəzi ən müasir və nüfuzlu məkanlarında təşkil ediləcək. Sportakkord-2026 yalnız beynəlxalq nümayəndələr üçün deyil, eyni zamanda Azərbaycanın idman federasiyalarının, klub rəhbərlərinin, idman marketinqi və media mütəxəssislərinin, gənc idman liderlərinin qlobal idman elitası ilə birbaşa təmas qurmaq imkanı yaradır.