- Baxış sayı: 609
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Paytaxtımız gələn il idman və biznes sahəsinin dünyaca nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, nu münasibətlə 8 sentyabrda “Hilton Bakı” mehmanxanasında Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının təşkilatçılığı və iştirakı ilə müqavilənin rəsmi imzalanması oldu. Tədbirdə nazir Fərid Qayıbov çıxış etdi:
“Beynəlxalq təşkilatlar Azərbaycana inanırlar. O üzdən ölkəmizdə daim nüfuzlu böyük idman tədbirləri keçirilir. “Sport Akkord” 2026-cı ildə Bakıda təşkil olunacaq. Bu qurumda olimpiya və qeyri-olimpiya federasiyaları toplaşıb. “Sport Akkord”un prezidenti Uğur Ərdənərdir. Qardaş ölkədən olan birisinin belə yüksək vəzifə tutması ikiqat fərəhlidir”.