Beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılarla görüş

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan adman akademiyasında tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir idmançıları və onların məşqçilərini təbrik edib. Çıxışında bildirib ki, noyabr ayı ərzində dövlət himni 16 ölkədə səsləndirilib. Bu ay ərzində idmançılarımız ümumilikdə 52 qızıl, 52 gümüş və 72 bürünc medal qazanıblar.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Həmin kateqoriyadan