- Baxış sayı: 3
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 114
- Noyabr 28, 2024
- 0
Mahir Əmrəli “Legiya”nın Polşa super kubokunda “Rakuv”a penaltilər seriyasında uduzduğu oyunla bağlı sosial hesabında paylaşım edib. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu penaltini qeyri-dəqiq yerinə yetirməsində yazıb:
“Uğursuz penaltidən sonra bir gecədə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub. Bu da mənim ruhuma sakitləşdirir və bu səbədən sizə təşəkkür edirəm.
Futbol inanılmaz oyundur və milyonlarla insanın ürəyini duyğularla doldurur, bunun öhdəsindən gəlmək bəzən çox çətindir. Yaxşı oyun üçün komanda yoldaşlarıma təşəkkür edirəm, dəstəklərinə görə minnətdaram”.