- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, DÇ-2026-nın seçməsində Tofiq Bəhramov adına respublika stadionunda Ukrayna futbolçuları ilə oyuna millimizi məşqçi kimi çıxaran Ayxan Abbasov matçdan (1:1) sonra mətbuat konfransında açıqlama verib:
“Hər iki komanda ağır səfər oyunundan gəlmişdi. Heyətdə bəzi dəyişikliklər etmişdik. Futbolçularımıza təşəkkür edirəm. Bir gün zamanımız qalmışdı, məşq etməyə vaxt yox idi. Bir gündə ancaq psixoloji hazırlığa kökləndik. Azarkeşlərə təşəkkürümü bildirirəm.
Çətin anda toplaşıb komandaya dəstək oldular. Onların dəstəyi bu nəticədə böyük rol oynadı. Qazanılan 1 xal futbolumuza ruh gətirəcək. Emin Mahmudova görə də çox sevinirəm, nəhayət ki, çoxdandır arzuladığı qolu vurdu. Bu gün pozitiv məqam çox oldu”.