- Baxış sayı: 25
- 02 Aprel 2025 16:23
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Azərbaycan premyer liqasının XXVIII turunda “Kəpəz” “Səbail”lə evdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Allsport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib:
“Yenə də iki fərqli hissə oynadıq. Birinci yarıda daha yaxşı idik. Fasilədən sonra əks-hücumlarda oyunumuzu qurmaq istədik. Son ötürmələr alınmadı. Heç nədən qol buraxdıq. Rəqibin ucaboy oyunçularla standartda təhlükəli olduğunu bilirdik. Uşaqlara necə demişdik elə də qol buraxdıq. Bu oyunu qələbə ilə başa vura bilsəydik, aramızdakı xal fərqi artacaqdı. Görünən odur ki, asan olmasını istəmirik. Daha maraqlı oyunlar, çempionat qabaqdadır. Xallar qazanmalıyıq. Turnir cədvəlində öz yaxın rəqiblərinlə oynayanda psixoloji gərginlik olur. Sırf o baxımdan uduzmaq, xal itirmək istəmirsən. Nəticədə də belə nəticələr olur. Daha güclü rəqiblərlə komanda asan oynayır. Bu gün səhvlər minimum idi. Bir səhv elədik o da qol oldu. Futbolçular itirməyə qorxurlar. Son olaraq bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edir, hamıya bayram təbriklərimi çatdırıram”.