- Baxış sayı: 37
- 22 Mart 2026 15:50
- Baxış sayı: 160
- Mart 22, 2026
- 0

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze evdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis qələbə münasibəti ilə rəqibi təbrik edib: “Çox yüksək səviyyəli oyun getdi. Komandam yaxşı oynadı. Futbolçulara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 95 dəqiqə də oynaya biləcək və daha yaxşı nəticələr göstərəcəyik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan razıyam”.