Biri debüt etdi, digəri 300-cü oyununa çıxdı

Premyer liqanın ilk turunda keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması (0:2) komandamızın bəzi futbolçuları üçün əlamətdar olub. Belə ki, gənc futbolçumuz Elvin Cəfərquliyev premyer liqada debüt oyununa çıxıb. 2000-ci il təvəllüdlü futbolçu 67 dəqiqə meydanda olub.

Bundan başqa, qeyd edilən qarşılaşma kapitanımız Vurğun Hüseynovun Ölkə çempionatında keçirdiyi 300-cü oyun olub. 2005/06 mövsümündə ilk oyununu “Turan”ın heyətində keçirən Hüseynov həmin klubda meydana çıxdığı 82 qarşılaşmada 3 dəfə rəqib torlarını silkələyib.

Vurğun daha sonra çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. 2013/14 mövsümündən isə komandamızın uğurları üçün çalışan kapitanımız keçirdiyi 153 qarşılaşmada 1 qol vurub. Qeyd edək ki, Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu olub.

Həmin kateqoriyadan