Avropa Oyunları ilə əlaqədar nəqliyyat xidmətlərinin təşkili müzakirə olundu

Nəqliyyat Nazirliyində aidiyyəti struktur bölmələrinin və tabeli qurumların, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Allsport.az xəbər verir ki, müşavirədə oyunlar zamanı nəqliyyat xidmətlərinin təşkilinə dair görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Nəqliyyat nazirinin müavini Musa Pənahov birinci Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə görülən işlər, Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş Tədbirlər Planından irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində struktur bölmələri və tabeli qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müşavirədə, həmçinin birinci Avropa Oyunları ərəfəsində avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, eləcə də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı görülmüş konkret işlər barədə aidiyyəti qurumların rəhbər işçilərinin hesabatları dinlənilib, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası, əsas fəaliyyət istiqamətləri və digər təşkilati məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan