- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
“Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana mühüm fayda verəcək”. Allsport.az xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü, Thomson Fondunun təsisçisi Tom Çandos “Azərtac”a müsahibəsində bildirib.
“Bakı-2015” Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışan Çandos idmanın insanları və ölkələri birləşdirən çox gözəl vasitə olduğunu vurğulayıb. O, Oyunların Bakıda keçirilməsini Azərbaycanda idmanın inkişafı üçün mühüm amil kimi qiymətləndirib. Böyük Britaniya-Azərbaycan əlaqələrindən söz açan Tom Çandos deyib:
“Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün gözəl imkanlar mövcuddur. İqtisadiyyat, mədəniyyət, turizm, eləcə də idman sahələrində potensial imkanlardan daha geniş istifadə edilməsi Britaniya-Azərbaycan əlaqələrinə təkan verəcək. Eyni zamanda, media sahəsində münasibətlərin dərinləşdirilməsi də ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynaya bilər”.