“Birinci oyunu unutmuşuq”

“Birinci oyundan əvvəl də qeyd etdmişdik ki, imkanlar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik”.

Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Yunanıstanda “Aris”lə keçirəcəkləri konfrans liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfansında deyib.

45 yaşlı mütəxəssis komandası ilə maraqlandığını bildirib: “Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edirik, amma çəkinmirik. İmkan dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Matç ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq. Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqqında düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram”.

Baxşıyev rəqibin oyunu barədə danışmaq istəmədiyini deyib: “Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram. Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey sabahkı oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik”.

İyulun 31-də Salonikidə keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Həmin kateqoriyadan