- Baxış sayı: 25
- 18 Mart 2026 11:27
- Baxış sayı: 289
- Mart 16, 2026
- 0

“Budo/Qlimt” komandasının baş məşqçisi Kyetil Knutsen çempionlar liqasının 1/8 final mərhələsinin cavab oyununda “Sportinq”ə qarşı keçirilən matçda futbolçularının passivliyini tənqid edib.
Allsport.az xəbər verir ki, Lissabonda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə görə (ilk matç – 0:3) “Sportinq” turnirin 1/4 finalına yüksəlib.
UEFA-nın mətbuat xidməti Knutsenin oyunla bağlı fikini yayımlayıb: “Biz futbol oynamadıq, vəziyyətə baxıb oynadıq və bu, bizim üçün çox ağır oldu. “Sportinq” heç nəyə baxmadan meydana çıxdı, biz isə ilk toxunuşdan nəticələr barədə düşündük. Bu da bizi passivləşdirdi”.
“Sportinq” 1/4 finalda “Arsenal”la qarşılaşacaq.