Bizdə VAR-a hələ var

“VAR-la bağlı məsələ AFFA icraiyyə komitəsinin iclasında da olmuşdu. Bu, elə bir sistemdir ki, istədiyin vaxt durub tətbiq edə bilməzsən. VAR-ın tətbiqi üçün 23 aylıq sınaq müddəti tələb olunur”.

Allsport.az saytı xəbər verir ki, bunu sportinfo.az-a AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib. Onun sözünə görə, UEFA-nın bu məqsədlə AFFA-ya maliyyə ayırmasından xəbərsizdir, amma VAR-ın tətbiqi ilə bağlı işə artıq start verilib:

“23 aylıq müddətə hakimlərin təlim keçməsi, seminarlar və.s. məsələlər daxildir. Yalnız hazırlıq müddəti keçəndən sonra video-hakimlərin tətbiqinə başlamaq olar. UEFA-nın buna görə maliyyə ayırması haqda isə məndə konkret məlumat yoxdur. Maliyyə məsələləri təbii, mənə aid deyil. Onu deyə bilərəm ki, mart ayında keçirilmiş AFFA-nın konfransından sonra bu işlərə start verilməsi qərar alınıb.

İşlərə başlanılıb, dediyim kimi, hazılığın yekunlaşması üçün təxminən 2 ilə qədər vaxt lazımdır. Ümumi götürsək, UEFA-nın VAR sistemi ilə bağlı təşkil etdiyi seminarlarda azərbaycanlı hakimlər mütəmadi iştirak edirlər. Hələ 6-7 ay vaxt keçib, Azərbaycanda VAR-ın bu tezliklə tətbiq olunması texniki baxımdan mümkün deyil. Amma Hakimlər Komitəsi tərəfindən hazırlıq işləri görülür”.

Həmin kateqoriyadan