- Baxış sayı: 20
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionlar liqasının ilk turunda “Napoli” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, o, İtaliya komandalarının müdafiə xəttini inamlı olduqlarını bildirib: “Mən onlarla dəfələrlə qarşılaşmışam. Onların müdafiədəki möhkəmliyinə, konsentrasiyasına heyranam. Çətin bir həftə oldu – bazar günü “Mançester Yunayted”i qəbul etmişdik. İndi bizi Londonda “Arsenal”a qarşı inanılmaz dərəcədə çətin sınaq gözləyir”.
Çempionlar liqasının ikinci turunda “Mançester Siti” “Monako” ilə, “Napoli” isə “Sportinq”lə qarşılaşacaq.