“Bizi çox çətin oyun gözləyir”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa çempionlar liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti” ilə keçiriləcək cavab oyunu öncəsi fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis ilk oyundakı 3:0 hesablı qələbəyə arxayınlaşmadıqlarını bildirib:

“Bizi çox çətin oyun gözləyir. Növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakından daha yüksək səviyyə nümayiş etdirməliyik. Bellingem hələ hazır deyil, lakin komanda ilə birlikdədir. Mbappe isə tam hazırdır və onu meydanda görəcəksiniz”.

Gələcəyi ilə bağlı sualları cavablandıran Arbeloa, hazırda ancaq oyuna fokuslandığını və təzyiq hiss etmədiyini vurğulayıb.

“Mançester Siti” – “Real” matçı bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan