- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Karyeramdakı bu yeni səhifədən çox məmnunam”. Allsport.az saytı xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Ruan Renato deyib.
Dünən premyer liqa təmsilçisi ilə 1+1 müqavilə imzalayan braziliyalı müdafiəçi, instaqram səhifəsində keçidinə münasibət bildirib:
“Bu, bizi hərəkətə gətirən yeni çağırış və çətinliklərdir. Mənə verilən fürsətə görə “Qəbələ” klubuna təşəkkür edirəm. Bizim üçün böyük tərəqqi mövsümü olsun”.