- Baxış sayı: 25
- 16 Mart 2026 13:22
- Baxış sayı: 191
- Mart 15, 2026
- 0

Xuan Laporta yenidən “Barselona” klubunun prezidenti seçilib.
Allsport.az xəbər verir ki, qələbə çıxışında Laporta klubun demokratik modelinin dünyada bənzərsiz olduğunu vurğulayıb: “Möhtəşəm kluba minnətdaram ki, burada üzvlər hələ də öz prezidentini seçirlər. Bu, dünyada unikal hadisədir. Səsvermədə iştirak edən hər kəsə təşəkkür edirəm. Üzvlərimiz qarşıdurmaya deyil, birliyə səs verdilər. Bu nəticə “Kamp Nou”nun yenidən qurulması və “Espai Barça” layihəsinin tamamlanması istiqamətində gördüyümüz işlərin təsdiqidir. Bu inam bizə elə bir güc verir ki, bizi heç nə dayandıra bilməyəcək”.