- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Qarabağ” sabah çempionlar liqasının V turu çərçivəsində “Napoli”nin qonağı olacaq.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Marko Yankoviç görüşdən öncə təşkil olunan mətbuat konfransında iştirak edib:
“”Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.