- Baxış sayı: 29
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Berlində Almaniya və Türkiyə yığmaları arasında yoldaşlıq oyunu keçirib. Türkiyə yığması səfərdə favorit üzərində 3:2 hesablı qələbəni bayram edə bilib. Oyun irəlilədikcə türk azarkeşlər Bundestimi aktiv şəkildə fitə basdılar. Allsport.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman bu məsələyə münasibət bildirib:
“Bizim fitə basılmağımız xoşagəlməz idi. Əslində bunun yaxşı olduğunu heç düşünmürəm. Rəqib komandaya təzyiq etməkdənsə, onu dəstəkləsəniz, daha yaxşı nəticə əldə edərsiniz”.