- Baxış sayı: 25
- 10 Mart 2026 19:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

UEFA hakimlər komitəsinin üzvü, UEFA “Talant və mentor proqramı”nın rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers AFFA-nın dəvəti ilə Bakıya səfər edəcək.
Allsport.az saytı xəbər verir ki, niderlandlı mütəxəssis fevralın 27-də “Bulvar” mehmanxanasında hakimlər üçün seminar keçirəcək.
Saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələri bölüşüləcək. Həmçinin FİFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.
Seminardan sonra saat 17:00-da brifinq təşkil olunacaq.