- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili paytaxtımızda mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının pley-off mərhələsinin cavab oyununda 1:2 uduzduqları matçda futbolçuların oyunundan razı qalıb:
“Əlbəttə, qrupa düşmək istərdik. “Qarabağ”ı təbrik edirəm və onların güclü olduğunu qəbul edirəm. Ancaq bizim futbolçulara da təbrik düşür. Layiqli mübarizə apardılar. Biz yarımpeşəkar komandayıq, futboldan pul qazanmırıq.
Bizim necə çıxış etməyimizə “Qarabağ” qiymət verə bilər. Belfastdakı matçımızı görsəydiniz, dağınıq futbol oynadığımızı deməzdiniz. Bakıda xoş qarşılandıq. Bütün “Linfild” adına rəqibi təbrik edir və uğurlar arzulayıram”.