- Baxış sayı: 12
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan premyer liqasının XIII turunun “Qarabağ” – “Karvan-Yevlax” (2:0) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə bunu deyib:
“Füzuli Məmmədovu təbrik edirəm, uğurlar arzulayıram. Uzun fasilədən sonra baş məşqçi kimi premyer liqaya qayıtdı. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Bizim üçün asan olmadı. Vacib olan üç xalı əldə etdik. Bizim üçün asan deyil. Avrokubokdakı səfər oyunundan sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Çünki şərait və vaxt olmadığı üçün istədiyimiz məşqləri edə bilmirik. Bu gün 3-4 futbolçumuz formasından uzaqdır. Onlar üçün ritmə düşmək asan deyil. Biz risklərə getmək istəmirik. Hər oyun vacib olsa da, futbolçuları qorumaq daha önəmlidir. Neapoldakı görüşdə də həm Mateus, həm Leandro ağrılar hiss etdi. Bu gün bəzi oyunçuları protokola da salmadıq. İlin sonunadək çox oyunumuz qalıb. Həm bizim, həm futbolçuların üzərinə məsuliyyət düşür. Bütün komandalar daha çox tempi salmağa və yaxşı müdafiə olunmağa çalışır”.