- Baxış sayı: 47
- 02 Mart 2025 11:34
- Baxış sayı: 47
- Mart 02, 2025
- 0
Paris-2024 yay olimpiya oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılardan 5 nəfərin medalları keyfiyyətini itirib.
Allsport.az xəbər verir ki, bu idmançıların müraciəti əsasında milli olimpiya komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı beynəlxalq olimpiya komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.
BOK-dan milli olimpiya komitəsinə məlumat verilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri beynəlxalq olimpiya komitəsinə göndərilsin. BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.
Yarışd medal qazanan yeddi idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Məhəmmədxan Məhəmmədovdan (97 kq) başqa, cüdo üzrə olimpiya çempionu Səlim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Həşim Məhəmmədovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.