BOK-un nümayəndəsi MOK-da təcrübəsini bölüşüb

Beynəlxalq olimpiya komitəsinin təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tine Vertommenin iştirakı ilə “Təhlükəsiz idman hamı üçün” layihəsi çərçivəsində məşğələ olub.

Allsport.az saytı xəbər verir ki, taekvondo, stolüstü, tennis, üzgüçülük, güləş, avarçəkmə, voleybol, basketbol, və badminton federasiyalarından 20-dən çox məşqçinin iştirakı ilə baş tutan seminarda təhlükəsiz idmanın əhəmiyyəti qeyd edilib.

Qonaq, məşqçilərlə birgə ən yaxşı təcrübələri paylaşaraq, gənc idmançıların təhlükəsizliyi üçün tədbirlər barədə geniş məlumat verdi. Seminar interaktiv müzakirələr və qrup tapşırıqları ilə daha dinamik olub.

Tədbirin sonunda seminarın səmərəliliyini qiymətləndirmək üçün sorğu keçirilib.

Həmin kateqoriyadan