Yeniyetmə boksçular Minskədə

Oktyabrın 30-da Belarusda Vladimir Botvinnikin xatirəsinə yeniyetmə boksçuların açıq Minsk birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda millimiz də gücünü yoxlayacaq.

Baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov bu sınaqda Fərid Səlimov, Əli Məmmədov (hər ikisi – 46 kq), İsmayıl Rzayev (48 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı, Əli Baxışov (52 kq), Sübhan Babayev (54 kq), Nurlan Abışov (57 kq), Raul Əsədullayev, Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərova (+80 kq) fürsət edəcək.

Həmin kateqoriyadan