- Baxış sayı: 39
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 110
- Dekabr 05, 2025
- 0

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, mundialın 2-ci gününün gündüz seansında Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub.
Malik Həsənov 1/32 finalda Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində keçirilən görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb.
Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.
Bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.