- Baxış sayı: 31
- 24 Oktyabr 2024 10:10
- Baxış sayı: 64
- Oktyabr 22, 2024
- 0
Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 yay olimpiya oyunlarına lisenziya qazanıb.
Allsport.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II dünya olimpiya təsnifat turnirində rəsmiləşdirib.
O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Nəticədə boks üzrə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.