- Baxış sayı: 35
- 23 İyun 2026 22:59
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasında “Şaxtyor” üzərində qələbədən (1:0) sonra komandasının çıxışını dəyərləndirib.
Allsport.az xəbər verir ki, ispan mütəxəssis oyunçularından razı qalıb:
“Nəticədən çox məmnunam. Futbolçularım yaxşı çıxış etdilər. Çempionlar liqasında oynamaq həmişə çətin olur. İlk hissədə daha çox qol vurmalı idik. Minimal hesabla olsa da, 3 xalımızı qazana bildik.
“Şaxtyor”a göstərdikləri cəsarətli oyuna görə alqış düşür.”