- Baxış sayı: 29
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, UEFA region kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.
29 oktyabr – 4 noyabr aralığında Bolqarıstanda təşkil olunacaq qrup matçlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.