- Baxış sayı: 31
- 04 Dekabr 2024 19:28
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Sabah” FİBA Avropa kubokunu III turunda “Norrçepinq Dolfins”ə məğlub olub – 74:70.
Allsport.az xəbər verir ki, son ölkə çempionun baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bunu deyib:
“Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi, yenə sonluğu gətirə bilmədik. Matçın sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda, bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. De Andrenin yoxluğu hiss olunurdu. O, bizim ən çox xal qazanan basketbolçumuzdur”.