- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
21-29 apreldə bütün bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə 2-ci seçmə mərhələ keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda aprelin 21-22-də təşkil olunacaq yarışda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizə aparacaqlar. Aprelin 25-26-da Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, aprelin 28-29-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2000-2006-cı il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək. Mərhələ yarışları ildə 4 dəfə keçirilir.