- Baxış sayı: 54
- 18 Aprel 2025 21:09
- Baxış sayı: 310
- Aprel 22, 2025
- 0
“Zirvə” Beynəlxalq İdman Klubunun final mərhələsi üçün daxili seçmə yarışlara artıq start verilib. Allsport.az saytı xəbər verir ki, onlardan Türkiyə mərhələsi artıq arxada qalıb. Bu gün Bolqarıstandakı filial olan “Smolyan-Zirvə”nin çempionatı keçiriləcək.
Klubun rəhbəri Veliçko Çolakovun verdiyi məlumata görə, bu yarışda Bolqarıstanın digər klublarından da ağır atletlər iştirak edəcəklər. Onların çıxışları müsabiqədən kənar xarakter daşıyacaq. Çempionatda 60-ya yaxın idmançının iştirakı gözlənilir.