- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirdikləri oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib:
“Çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda özünü yaxşı tərəfdən göstərdi. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət etdi. Bu qələbə bizə çox lazım idi. Məqsədimizə çatdıq. Azərbaycan millisinin heyətində vaxtilə “Neftçi”də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Onlar bu gün fəal idilər. Ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı. Fürsətdən istifadə edib, “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram”.