Bordin Azərbaycan barədə danışdı

Moldova millininin baş məşqçisi Roberto Bordin Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu haqqında danışıb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı vacib oyuna çıxacağıq. Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq. Rəqibi analiz etmək üçün vaxtımız olub.

Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yaxşı komandadı. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik”.

Bu gün Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Həmin kateqoriyadan