“Borussiya” onun keçidində israrlıdır

“Borussiya Dortmund” “Kruzeyro”dan sol cinah müdafiəçi Kaua Pratesin transferi istiqamətində mühüm addım atıb.

Allsport.az xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı futbolçu ilə yay transferi üçün tam şifahi razılığa gəlib. Hazırda klublar arasında rəsmi danışıqlar davam edir.

Məlumata görə, “Kruzeyro” Almaniya klubunun təqdim etdiyi təxminən 10 milyon avroluq ilkin təklifi rədd edib. Lakin “Borussiya”nın idman direktoru Sebastian Kel transferdə israrlı olduğunu və danışıqları davam etdirdiyini bildirib.

“Transfermarkt” portalı gənc oyunçunun dəyərini 6 milyon avro ilə qiymətləndirir. Cari mövsümdə əsas komandada 2 oyuna çıxan Prates 1 qol vurmağa müvəffəq olub. Onun klubu ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.

Həmin kateqoriyadan