- Baxış sayı: 40
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

“Real Madrid” Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbeki transfer etmək niyyətindədir.
Allsport.az xəbər verir ki, Almaniya klubu 25 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir. Müdafiə xəttindəki zədələr səbəbindən “kral klubu” bu transferdə “Bavariya” və “Barselona”nı qabaqlamağa çalışır.
Şlotterbekin Dortmund təmsilçisi ilə müqaviləsi 2027-ci ildə başa çatır. “Borussiya” ona illik 14 milyon avro maaş təklif edərək heyətdə saxlamaq istəsə də, futbolçunun daha böyük titullar qazanmaq üçün Madridə köçməyə üstünlük verdiyi bildirilir.