- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Gələn il böyük planlarım var”
Usta ağırlıqqaldıranlardan ibarət Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında çıxış edib. Cari ildə məlum dopinq qalmaqalından sonra yığmanın 18 üzıü cəzalı duruma düşdüyündən, komandamız yarışda zəifləmiş heyətlə mübarizə aparıb. Kollektivdə tək təcrübəli atlet Boyanka Kostova yer alıb. Keçmiş baş məşqçi Zlatan Vanevlə dil tapa bilməyən Avropa çempionu, 2 il seçmə komandadan kənar qalmışdı. Bolqarıstanlı mütəxəssis vəzifəsindən qovulandan sonra, AAAF xanım idmançını yenidən Azərbaycana qaytarıb. O da elə ilk cəhddə 8-ci yer tutaraq, idmansevərləri yenidən ümidləndirib. Allsport.az saytına müsahibəsində Boyanka bu dünya çempionatında çıxışını qiymətləndirib, qarşıdakı hədəfi barədə danışıb.
– 25-30 gün idi ki, komandaya qoşulmuşdum. Məşqlərimi normal keçdim. Təəssüf ki, şəxsi çalışdırıcım Lazar Kişkilov mənimlə deyil. Bilmirəm, onu niyə bura dəvət etməyiblər. Dünya çempionatında normal çıxış etdim. Birdən qaldırmada 91 kq, təkanla 109 kq nəticə göstərdim.
– Uzun aradan sonra körpücük üzərinə çıxanda hansı hissləri keçirdiniz?
– Bəli, 2 il məşq etməmişəm. Bolqarıstanda nişanlım İvan Stoitsovla dincəlirdik. İlboyu hazırlıq keçmədinsə, böyük yarışda hansı iddiadan danışmaq olar? Amma əmin ola bilərsiniz ki, gələcək yarışlarda bundan da yaxşı çıxış edəcəyəm.
– Demək, bu dünya çempionatında sizdən uğur tələb olurmurdu.
– Tamailə doğrudur. 25-30 günlük məşqlə möcüzə göstərə bilməzdim. Amma gələn il böyük planlarım var. Avropa və dünya çempionatlarında mükafatlar uğrunda mübarizə aparacağam. Ən əsası isə, Rio Olimpiadası olacaq. Olimpiya Oyunlarında fərqlənmək çoxdankı arzumdur.
– Almatı sınağı bu mövsüm son yarışınız olacaq?
– Xeyr. Ayın sonunda Kiprin Limassol şəhərində 23 yaşlı ağırlıqqaldıranlar arasında Avropa birinciliyi keçiriləcək. Həmin turnirdə iştirak eləcəyəm. Dekabrda Bakıda təşkil olunacaq qran-pri də planım daxilindədir.