- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Xəbər verdiyimiz kimi, 9-18 apreldə ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, bu yarışda millimiz iştirak edəcək. Qitənin ən güclülərinin yarışında mübarizə aparmağa namizəd ağır atletlər AzAL-ın Şüvəlan qəsəbəsində yerləşən bazasında hazırlığı davam etdirirlər.
Yığmamızın hazırkı lideri Boyanka Kostova (58 kq) qitə çempionatında baş mükafatı hədəfləyib. Bu barədə o, saytımıza açıqlamasında söyləyib: «Artıq formaya düşmüşəm. İndi böyük qələbələrə sahib çıxmağın zamanı yetişib. Özümü bir daha sübut etmək üçün Avropa çempionatı gözəl fürsətdir».