Boyanka Kostova hədəflərini açıqlayıb

Millimizin aparıcı qadın ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) gələn mövsümə ciddi hazırlaşır. Cəzalı olması səbəbindən xeyli müddət yığmadan kənar qalan dünya və 3-qat Avropa çempionumuz, bu yaxınlarda keçirilən ölkə kubokunda körpücüyə döndü və mübarizədə yalnız gənc Səbinə Əzimovadan geri qaldı. Hazırkı durumu ilə barışmayan legionçumuz səylə formasının bərpasına çalışır. Allsport.az saytına verdiyi açıqlamada deyib ki, gələn üçün üçün konkret hədəfi var:

“Növbəti Avropa çempionatı Gürcüstanın Batumi şəhərində keçiriləcək. Orada məqsədin 1-ci yer tutmaqdır. Sonra Tokio-2020-yə lisenziya qazamnağı planlaşdırmışam. Federasiya prezidenti Cahangir Cəlaloviçə söz vermişəm: nəyi bacarıram ortaya qoyub var gücümlə nəticə üçün çalışmaq. Başlıca hədəfim, olimpiya oyunlarından medalla dönməkdir. Azərbaycan millisi naminə hər şey edəcəyəm”.  

Həmin kateqoriyadan