Boyanka Kostovadan qızıl medal!

Norveçin Forde şəhərində ağırlıqqaldıranların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisi hesabına ilk qızıl medalı yazıb. Komandanın lideri Boyanka Kostova (58 kq) etimadı yenə doğruldub. O, toplamda 235 kq (105+130) nəticə göstərıb.

Digər idmançılarımızdan Allahyar Abışov (62 kq) 263 kq (121+142) göstərici ilə ümumilikdə 10-cu yeri tutub. Gülçin Əlizadə (53 kq) “B” qrupunda cəmdə 145 kq-ın (65+80) öhdəsindən gələrək, 11-ci olub.

Həmin kateqoriyadan