Boyanka Kostovanın da dönüşü möhtəşəm alındı – qızıl medal!

Tiflisdə ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, dunən Valentin Xristovun (62 kq) qələbəsindən sonra, millimiz uğurlu çıxışı bu gün də davam etdirib.

Qadınların mübarizəsində Boyanka Kostova (53 kq) hər 2 hərəkətin cəmində qalib olub və Avropa rekordunu yeniləyib. Birdən qaldırmada 109, təkanla 137 kq-ın öhdəsindən gələn idmançımız, cəmdə 246 kq qaldıraraq qızıl medal qazanıb.

Dünən Valentin Xristov da baş mükafata sahib çıxmışdı. Nəzərinizə çatdıraq ki, titullu idmançımız sabiq baş məşqçi Zlatan Vanevlə problem yaşaması səbəbindən, yığma komandanı tərk etmişdi. İnişil 18 ağırlıqqaldıranımız dopinq itthamı üzündən cəzalandığından, AAAF rəhbərliyi xanım atleti nişanlısı İvan Stoitsovla (77 kq) birgə geri çağırmışdı.

 

Həmin kateqoriyadan