- Baxış sayı: 40
- 01 Mart 2026 23:41
- Baxış sayı: 118
- Mart 01, 2026
- 0

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb. Allsport.az xəbər verir ki, son yarış günündə möhtəşəm çıxış edən milli komandamızın 4 üzvü fəxri kürsüyə qalxıb.
Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Adı ilk çəkilən təmsilçimiz finalda 2-qat olimpiya çempionu Laşa Bekaurini (Gürcüstan), digəri isə həlledici görüşdə olimpiya və dünya mükafatçısı Əlişir Yusifovu (Özbəkistan) məğlub edib.
Səlim Kotsoyev (100 kq) və Camal Həmzətxanov (+100 kq) isə bürünc medal qazanıblar.
Daha əvvəl Əhməd Yusifov (60 kq) və Ömər Rəcəbli (81 kq) qızıl, Balabəy Ağayev (60 kq) isə gümüş medala sahib çıxmışdı.
Yekunda 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 7 medal qazanan Azərbaycan 39 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin yarışında isə birinci yeri tutub.