“Böyük ümidlərlə gəlmişdik”

“Sumqayıt” konfrans liqasının ilk mərhələsində Macarıstanda “Fehervar” klubu ilə cavab oyununda qolsuz heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Samir Abbasov mətbuat konfransında bunu deyib:

“Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, bir sıra itkilərimiz var idi. İsa Sulimanın zədələnməsi, üstəlik ilk oyundakı hakim səhvləri…

Çox şeyi dəyişib bu matça çıxmalı idik. Başqa variantla yanaşmalı olduğumuzu düşündük. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım.

Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır… Futbolçularım nəyə gücləri çatdısa, etdi. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik”.

“Kimyaçılar” evdə 1:2 yenildiyindən, mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan