- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsi 1-ci divizionun 8-ci turu ilə bağlı qərarlar qəbul edib. Allsport.az saytı cəzalanan komandaları təqdim edir:
“Ağsu” – “Sumqayıt” matçının 90+6-cı dəqiqəsində “kimyaçılar”ın futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sabah” – “Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
“Zaqatala” – “Kəpəz” matçında gəncəlilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə edilib.
“Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat ziyana düşüb.