- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

“Nitsa”nın braziliyalı müdafiəçisi Dante Avropa liqası tarixində ən yaşlı meydan oyunçusu olub.
Allsport.az xəbər verir ki, oktyabrın 18-də 42 yaşı tamam olacaq braziliyalı Avropa liqasının ümumi mərhələsinin 1-ci turunda “Roma”ya (1:2) qarşı tam oyunu keçirib.
Dante (41 yaş, 11 ay və 6 gün) 2023-cü ildə “Betis”də “Mançester Yunayted”ə qarşı oynayan ispaniyalı Xoakinin rekordunu 41 yaş, 7 ay və 23 gündə yeniləyib.
Bütün zamanların Avropa liqası rekordu “Tottenhem”in keçmiş qapıçısı Bred Fridelə (42 yaş, 10 ay, 2014-cü ildə) məxsusdur. Bu reytinqdə Dantedən yuxarıda həmçinin qapıçılar Sander Bosker (42 yaş 1 ay, “Tvente”) və Artur Borus (41 yaş 9 ay 19 gün, “Legiya”) yer alır.